"Düdelanj"ın "Qarabağ"la oyununun biletləri 75-150 avroya

10:33 - 5 Sentyabr 2019

"Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində APOEL,"Qarabağ" və "Sevilya" ilə "Jozi Bartel" stadionunda keçiriləcək ev oyunları üçün biletlərin qiyməti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qiymətlər sektorlardan asılı olaraq 75, 100 və 150 avro arasında dəyişəcək.

 

Lüksemburq mətbuatında klub rəhbərliyinin "Sevilya" və "Qarabağ"la səfər matçlarına azarkeş aparmağı planlaşdırdığı vurğulanıb.

Xəbər xətti