"Zirə"nin "Sumqayıt"la 17-ci dueli

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.


Sportal.az xəbər verir ki, bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Komanda oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən qəsəbə təmsilçisi 4 qarşılaşmadan məğlub ayrılıb.

 

33 qolun vurulduğu matçlarda top fərqi də “Qartallar”ın xeyrinədir – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.

 

9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.
Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.

 

Tarix: 11 Sentyabr [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio