Cəbrayıl Həsənov dünya çempionatının finalında

15:09 - 21 Sentyabr 2019

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/2 final görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub.

 

Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 4:3. Cəbrayıl ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.

 

29 yaşlı idmançının finaldakı rəqibi Amerika təmsilçisi Kayl Deyk olacaq. Son dünya çempionatının finalında Həsənov Deyklə qarşılaşmış və məğlub olmuşdu. Görüş sabah keçiriləcək.

Xəbər xətti