"Tottenhem" azlıqda qalib gəldi - VİDEO

02:09 - 29 Sentyabr 2019

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Tottenhem" evdə "Sauthempton"a 2:1 hesabı ilə qalib gəlib.

 

Maksimum nəticə göstərən "Liverpul" 21 xalla turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 16 xalla 2-cidir. "Tottenhem" 11 xalla 4-cü sırada qərarlaşıb.

 

"Tottenhem" - "Sauthempton" - 2:1

Qollar: Ndombele, 24, Keyn, 43 - İnqz, 39

Qırmızı vərəqə: Serj Orye, 31 ("Tottenhem")

 

Xəbər xətti