Riçard Almeyda: "Bu, bizə qarşı təhqirdir"

"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Düdelanj”la matçda baş verən erməni təxribatı haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu "Qarabağ"a qarşı təxribatın təkrarlandığını qeyd edib:

 

“Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədir ki, belə hallar təkrarlanır. Bu, bizə qarşı təhqirdir. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi. Biz dronu topla vurmaq istəsək də, alınmadı. “Arsenal”la matçda da bənzər hadisə yaşanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldır”.

 

"Qarabağ"ın 4:1 hesabı ilə qalib gədliyi oyunda erməni təxribatına görə 20 dəqiqədən çox fasilə yaranıb. Almeyda oyunda 3-cü qolun müəllifi olub.

Tarix: 4 Oktyabr [13:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio