De Xea: "Mançester Yunayted"də ən çətin günlərimi keçirirəm"

Premyer Liqanın 8-ci turunda "Nyukasl"a 0:1 hesabı ilə uduzan "Mançester Yunayted"in qapıçısı David De Xea oyundan sonra açıqlama verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı qolkiper komandanın zəif oynadığını deyib:

 

"Artıq nəsə etmək lazımdır. Zədəlilər bəhanə ola bilməz. Biz "Mançester Yunayted"ik. Çalışmaq və savaşmaq məcburiyyətinədyik. Ardıcıl qələbələr qazanmaq lazımdır. Oyunumuzda inkişaf etdirməli olduğumuz çox məqam var. Son iki oyunda qol vurmamışıq. Heç real qol şansı da yaartmırıq. Bu qəbul edilən durum deyil. Nə deyəcəyimi də bilmirəm. Burada ən çətin günlərimi keçirirəm. Niyə bu vəziyyətdə olduğumuzu bilmirəm. Azarkeşlərdən üzr istəyirəm. Döyüşə davam edəcəyik, buna söz verirəm".

 

"Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 9 xalla 12-ci sırada qərarlaşıb.

Tarix: 7 Oktyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio