Slovakiya – Azərbaycan matçının stadionu dəyişdirildi

23:32 - 17 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan matçının stadionu dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda deyil, Trnava şəhərindəki Anton Malatinski adına stadionda keçiriləcək.


Slovakiya Futbol Federasiyası Paraqvayla yoldaşlıq görüşündən sonra Bratislavadsakı stadionun ot örtüyünün yararsız hala düşdüyünü açıqlayıb.

 

Slovakiya - Azərbaycan matçı noyabrın 19-u baş tutacaq.

Xəbər xətti