APOEL-in aparıcı futbolçusu "Qarabağ"la oyun öncəsi sağaldı

Avropa Liqasının qrup mərhələsində növbəti iki turda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəli futbolçusu Praxitelis Vouros zədəsini sağaldıb.

 

Sportal.az "Kerkida"ya istinadən xəbər verir ki, sol qolunda qırıq aşkarlandığı üçün uzun müddət oynamayan 24 yaşlı müdafiəçi iki aylıq fasilədən sonra geri dönməyə hazırdır.

 

Komandanın aparıcı simalarından olan yunanıstanlı futbolçu Kipr çempionatında "Doxa" və Avropa Liqasında "Qarabağ"la görüşlərdə oynamağa hazırdır.

 

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

Tarix: 18 Oktyabr [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio