"Fənərbaxça" liderliyə yüksəldi - VİDEO

09:55 - 9 Noyabr 2019

Türkiyə Super Liqasında 11-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Kasımpaşa"nı qəbul edən "Fənərbaxça" 3:2 hesablı qələbə qazanıb.

 

İstanbul klubu qələbə sayəsində xallarını 20-yə çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib. "Alanyaspor" 19 xalla 2-ci, "Sivasspor" 18 xalla 3-cüdür. 12 xalı ollan "Kasımpaşa" 11-ci sırada qərarlaşıb.

 

"Fənərbaxça" - "Kasımpaşa" - 3:2

Qollar: Vedat Muriki, 6 (pen.), 44 (pen.), Sərdar Əziz, 59 - Əbdül Xəlili, 37, Ben Yusif, 56

Qırmızı vərəqələr: Maurisio İsla, 72 - Kərim Hafez, 45

 

Xəbər xətti