Millidə qalmaqal: "Mançester Siti"nin futbolçusu komandadan qovuldu

"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq İngiltərə millisindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə münaqişə yaşadığı AÇ-2020-nin seçmə mərhələsində Monteneqro və Kosovo ilə oyunların iştirakçısı olmayacaq.

 

Sterlinq “Mançester Siti”nin heyətində Premyer Liqanın 12-ci turunda “Liverpul”a 1:3 hesabı ilə uduzduqları oyunda Qomeslə mübahisə etmişdi. O, yarımçıq qalan mübahisəni millinin düşərgəsində davam etdirib. Futbolçular arasında gərginlik böyüdüyü üçün Sterlinq millidən kənarlaşdırılıb.

 

İngiltərə millisi noyabrın 14-də Monteneqro, 3 gün sonra isə Kosovo ilə qarşılaşacaq.

Tarix: 12 Noyabr [13:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio