Millimiz Monteneqro ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqroda təlim-məşq toplanışına start verib. 

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesi ayın 6-dək çəkəcək.

 

Komanda bu müddətdə Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Sabah və dekabrın 5-də Podqoritsa şəhərində keçiriləcək görüşlər müvafiq olaraq yerli vaxtla saat 15:00-da və 13:00-da başlayacaq.

Tarix: 2 Dekabr [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio