"Keşlə" 1/4 finala yüksəldi

16:55 - 3 Dekabr 2019

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçiriləcək. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"i qəbul edib. 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi növbəti mərhələyə yüksəlib.

 

"Keşlə" 1/4 finalda "Qarabağ"a rəqib olacaq.

 

1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

 

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. "Keşlə" – "Kəpəz" 3:1

QOL: Ruslan Əmircanov, 25, Xəzər Mahmudov, 56, 87 - Nodar Məmmədov, 45+1

QIRMIZI VƏRƏQƏ: Franko Flores, 45+2

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”, 15:00.

Xəbər xətti