"Ramin Musayevlə Ağasəlim Mircavadov haqsızlıq etdi, 40 min dollarımı vermədilər" - VİDEO

Azərbaycan millisinin və "Neftçi"nin sabiq oyunçusu Elşən Qəmbərov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və məşqçi Ağasəlim Mircavadov barədə danışıb.

 

Sportal.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan və "Bridgeview Soccer Academy" məktəbi açan 47 yaşlı veteran futbolçu ABŞ-da yaşayan jurnalist Aynur Talıbovanın "YouTube" kanalına müsahibə verib.

 

O, ABŞ-a yeni gələrkən fəhlə işlədiyini, mebel, pianino kimi avadanlıqları liftsiz binalarda yüksək mərtəbələrə qaldırdığını deyib. Qəmbərov Azərbaycandan ayrılma səbəbini də açıqlayıb:

 

"Neftçi"də oynayanda 40 min dollarımı vermədilər. Səbəb də o idi ki, formanı yerə atmışdım. Amma ədalətsizlik var idi deyə, elə etmişdim. Məndən sonra da formanı atanlar oldu, heç onlara cəza vermədilər. O vaxt klubun icraçı direktoru Ramin Musayev, baş məşqçi isə Ağasəlim Mircavadov idi. Mənə qarşı haqsızlıq etdilər. Ancaq gəldim burda özümü sübut etdim, futbol məktəbi açdım. Onlar mənim vəziyyətimdə olsaydılar, belə edə bilərdilər? İki həyat ömür sürsələr də, edə bilməzlər".

 

Tarix: 8 Dekabr [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio