Murilyo İspaniyaya qayıtdı

00:26 - 16 Yanvar 2020

İspaniyanın "Selta" klubu "Valensiya"nın müdafiəçisi Ceyson Murilyonu icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu Viqo klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. La Liqa təmsilçisi 27 yaşlı oyunçunu 16 milyon avroluq satın alma şərti ilə heyətinə qatıb. 

 

Murilyo İspaniyada daha öncə "Qranada", "Las Palmas", "Kadis", "Barselona"da oynayıb. Kolumbiya millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında İtaliya təmsilçisi "Sampdoriya"da keçirib.

Xəbər xətti