Konte keçmiş futbolçusunu "İnter"ə gətirdi

14:03 - 21 Yanvar 2020

"Çelsi" vingeri Viktor Mozesi icarəyə verib.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, mövsümün ilk yarısını icarə əsasında Türkiyənin "Fənərbaxça" klubunda keçirən Nigeriya millisinin üzvü "İnter"lə anlaşıb. O, Milan klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. 29 yaşlı futbolçu yeni klubu ilə müqavilə imzalamaq üçün İtaliyaya yollanıb.

 

"İnter" mövsümün sonunda 10 milyon avro ödəyib, cinah oyunçusunun transfer hüququna sahib ola bilər. Milanlılar daha öncə "Mançester Yunayted"in 34 yaşlı cinah müdafiəçisi Eşli Yanqı transfer etmişdi.

 

Mozes mövsümün ilk yarısında 6 oyunda 1 qol vurub, 1 assist edib. O, 2012-ci ildə "Uiqan"dan "Çelsi"yə keçib. London klubu Mozesi "Liverpul", "Stok Siti" və "Vest Hem" klublarına da icarəyə verib. Viktor "Çelsi"də hazırda "İnter"i çalışdıran Antonio Kontenin rəhbərliyi altında çıxış edib.

Xəbər xətti