Canluici Buffon: "Oğullarının formasını aldım, nəvələrini gözləyirəm"

İtaliya kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Milan"la 1:1 hesablı heç-heçə edən "Yuventus"un qapıçısı Canluici Buffon açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı qolkiper hələ də oynamaq gücündə olduğunu deyib:

 

"Davam edirəm. Çünki hələ də ən yüksək səviyyədə performans göstərə biləcəyimə inanıram. "Yuventus"a dönəndə çox motivasiyalı idim. Üzərimdə daha çox məsuliyyət var idi. Bu nəticə yaxşıdır. Ancaq ötürmələrdə çox səhv etdik. Cavab oyununda işimiz asan olmayacaq".

 

Buffon komandanın ulduz futbolçusu Kriştiano Ronaldo barədə danışıb:

 

"Ronaldo inanılmaz futbolçudur. "Yuventus"a qayıtmağımın səbəblərindən biri də odur. Ronaldo ilə birgə oynamaq, məşq etmək lütfdür".

 

Qarşılaşmadan sonra Daniel Maldini ilə formasını dəyişən italiyalı əlcək sahibi maraqlı fikirlər səsləndirib:

 

"Enriko Kyeza və oğlu Federikoya qarşı oynadım. Corc Vea və oğlu Timoti ilə də qarşılaşmışam. Türamla oğluna qarşı da oynamışdım. Paolo Maldiniyə qarşı oynamışdım və indi oğlu Daniellə rəqib oldum. Hamısının formaları kolleksiyamdadır. Artıq nəvələrini gözləyirəm".

Tarix: 14 Fevral [12:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio