"Mançester Siti" "Leyptsiq"in müdafiəçisini alır

15:51 - 14 Fevral 2020

"Mançester Siti" "Leyptsiq"in müdafiəçisi Dayot Upamekanonu transfer hədəfinə alıb.

 

Sportal.az Manchester Evening"ə istinadən xəbər verir ki, "şəhərlilər" Bundesliqa klubu ilə danışıqlara başlayıb. Məlumata görə, Mançester təmsilçisi bu transferi 55 milyon avroya tamamlayacaq.

 

"Valensyen"in yetirməsi 2017-ci ildə "Zalsburq"dan "Leyptsiq"ə 10 milyon avroya transfer olub. Upamekano bu mövsüm 24 oyun keçirib.

 

Xəbər xətti