Koronavirusa görə A Seriyasında 3 oyun təxirə salındı

12:12 - 23 Fevral 2020

İtaliya A Seriyasında bu gün keçirilməsi planlaşdırılan 3 oyun təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna Lombardiya və Veneto regionlarında koronavirusun yayılması səbəb olub. Baş nazir Cüzeppe Konte həmin bölgələrdə idman yarışlarının təxirə salındığını açıqlayıb.

 

Bu səbəbdən A Seriyasında "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları, B Seriyasında isə  "Askoli" - "Kromeneze" görüşü təxirə salınıb.

Xəbər xətti