"Yuventus" - "İnter" oyunu ilə bağlı qərar verildi

16:05 - 28 Fevral 2020

İtaliyada A Seriyasının 26-cı turunun oyunlarıyla bağlı qərar verilib.

Sportal.az xəbər verir ki, ölkədə koronavirusun yayılması səbəbilə "Yuventus" - "İnter", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları azarkeşsiz keçiriləcək. Məlumatı A Seriyasının rəsmi saytı yayıb.

Sözügedən qarşılaşmalar martın 1-də baş tutacaq.

Xəbər xətti