"Borussiya" klublarının duelində dortmundlular sevindi - VİDEO

01:37 - 8 Mart 2020

Almaniya Bundesliqasında 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sı səfərdə Münhenqladbax "Borussiya"sına 2:1 hesabı ilə qalib gəlib.

 

Bundesliqada turnir cədvəlinə 52 xalla "Bayern" başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla 2-ci, "Leyptsiq" 50 xalla 3-cüdür. 46 xalı olan Münhenqladbax "Borussiya"sı 5-ci sırada qərarlaşıb.

 

"Borussiya Münhenqladbax" - "Borussiya Dortmund" - 1:2

Qollar: Lars Ştindl, 50 - Torqan Hazard, 8, Əşrəf Hakimi, 71

 

Xəbər xətti