Ronaldonun xanımı karantinə məhəl qoymadı

13:09 - 19 Mart 2020

“Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldonun xanımı Corcina Rodriges koronavirusla bağlı elan edilmiş karantin qaydalarına riayət etməyib.

 

Sportal.az “La Gazetta Della Sport”a istinadən xəbər verir ki, onun alış-verişə çıxmağı azarkeşlərin qəzəblənməsinə səbəb olub.

 

"Yuventus" azarkeşləri modelin addımını qınayıblar. Onlar Rodriqesin qaydaları pozması ilə Ronaldonun həyatını təhlükəyə atdığını düşünürlər.

Xəbər xətti