UEFA federasiyalara məktub göndərib: "Çempionatı ləğv etməyin"

18:23 - 3 Aprel 2020

UEFA milli liqaların vaxtından əvvəl bitirilməsini istəmir.

 

Sportal.az xəbər verir ki, qurum 55 üzvünə bu barədə məktub yollayıb:

 

"Yaxın aylarda futbolun bərpa olunacağına əminik. Bu zamanlarda liqaların ləğv etmək əsassız qərar olar. Yaxın aylarda futbol hökümətin tələblərinə uyğun keçirilə bilər. Qalibləri meydanda müəyyənləşdirmək lazımdır. Oynamaq üçün şərait yaranmasa, mövsümün başa çatdırılması son seçim olmalıdır.

 

UEFA  klubların 2020/2021 mövsümündə beynəlxalq yarışlarda iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik".

Xəbər xətti