"Zirə"də ən gənc beşlik

18:04 - 9 Aprel 2020

“Zirə”nin tarixində Premyer Liqa matçına çıxan ən gənc futbolçu Rafael Məhərrəmlidir.

 

Sportal.az xəbər verir ki, “qartallar”ın heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridir.


Məhərrəmliyə qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli və Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib. Ən gənc oyunçulardan təşkil olunan “beşliy”i cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.


1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
10.02.2019. “Səbail” – “Zirə” – 0:2

 

2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0

 

3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
09.08.2015. “Zirə” – AZAL – 1:0

 

4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
13.08.2017. “Zirə” – “Səbail” – 2:1

 

5. Rauf Hüseynli – 20 yaş 7 gün
01.02.2020. “Zirə” – “Sabah” – 2:0.

 

Xəbər xətti