Gerye "Qarabağ"a keçərkən üzləşdiyi çətinlikdən danışdı

"Neftçi"nin haitili futbolçusu Donald Gerye ölkəsinin "Haiti-Tempo" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı vinger "Qarabağ"a transfer olduğu vaxt üzləşdiyi çətinlikdən bəhs edib:

 

"Visla" ilə "Volfsburq"a qarşı yoldaşlıq görüşündə qol vurdum və yaxşı oyun keçirdim. Sonra Almaniya təmsilçisinin nümayəndələri  klubla əlaqə saxladılar. Ancaq Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycanda ilk dəfə müqavilə imzalamaq istədiyim vaxt da eyni çətinliyi yaşadım. Pasport məsələsi işimi asanlaşdırmadı. Buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun. Milliyə çağırılan futbolçuların xaricdə oynamasını asanlaşdırmaq üçün diplomatik pasporta sahib olmalarına icazə verməyə çağırıram".

 

Gerrye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, keçən ilin yayından "Neftçi"də çıxış edir.

Tarix: 17 Aprel [13:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio