Robert Prosineçki: "Azərbaycandan heç kimlə əlaqə qurmamışam"

"Kayserispor"un baş məşqçisi Robert Prosineçki Azərbaycan millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Sportal.az "Sport Avaz"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis iddiaları təkzib edib:

 

"Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Çıxan xəbərlər həqiqət deyil".

 

Xorvat çalışdırıcı 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Tarix: 24 Aprel [14:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Avqust 2020
7  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio