Millinin İsveçrə ilə oyununun yeni vaxtı açıqlandı

14:07 - 28 Aprel 2020

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində martın 26-da keçirilməli olan İsveçrə – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

 

Sportal.az xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.


Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

 

Xəbər xətti