PSJ Fransa çempionu elan edildi

14:50 - 30 Aprel 2020

Davam etdirilməməsi qərar verilən Fransa 1-ci liqasında çempion müəyyənləşib.

 

Sportal.az "L’Équipe" nəşrinə istinadla xəbər verir ki, turnir cədvəlindəki son mövqeylər dəyişdirilməyəcək.

 

Çempionatın qalibi PSJ elan edilib. 2-ci pillədə qərarlaşan "Marsel" və 3-cü yerdəki "Renn" Çempionlar Liqasına, 4-cü olan "Lill" isə Avropa Liqasına vəsiqə qazanıb.

 

2-ci liqaya düşən və 1-ci liqaya qalxan klubların adları açıqlanmayıb.

 

Fransanın baş naziri Eduard Filipp ölkədə idman yarışlarının davam etdirilməyəcəyini açıqlamışdı.

 

Xəbər xətti