Türk futbolçu 5 yaşlı uşağını boğaraq öldürdü

16:35 - 6 May 2020

Türkiyənin “Hacəttəpəspor” klubunun keçmiş futbolçusu Cevher Toktaş övladını boğaraq öldürüb.

 

Sportal.az xəbər verir ki, onun 5 yaşlı oğlu Kasım Toktaş aprelin 23-ü Bursa şəhərində koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Həmin gün vəfat edən azyaşlının öldürüldüyü müəyyənləşib. Onu hazırda həvəskar liqada çıxış edən “Bursa İldırımspor”un futbolçusu – atası Cevher Toktaş öldürüb. 32 yaşlı futbolçu əməlini 11 gün sonra açıqlayıb:

 

“Oğlum kürəyi üstə yatmışdı. Yastığı başına basdım və 15 dəqiqə çəkmədim. Sonra gördüm ki, hərəkətsiz qalıb və yastığı çəkdim. İki övladım var. Ölən uşağımı sevmirdim. Onu buna görə qətlə yetirdim. Mənim psixi problemim yoxdur”.

 

Cevher Toktaş həbs olunub.

 

Xəbər xətti