"Milan"da sistemini qurmaq üçün 140 milyon avro istədi

"Milan"ın baş məşqçi olmaq üçün təklif aldığını söyləyən alman mütəxəssis Ralf Ranqnik "qırmızı-qaralar"a şərtlər irəli sürüb.

 

Sportal.az "La Repubblica" nəşrinə istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssis öz sistemini qurmaq üçün 140 milyon avro istəyib. O, 5 illik müqavilə bağlamaq fikrindədir. Ranqnik özünün 20 köməkçisini də kluba gətirməyi planlaşdırır.

 

Bundan əlavə, mütəxəssis 75-80 milyon avro transfer büdcəsi istəyir. O, komandanın orta yaş göstəricisini 22 etmək niyyətindədir.

 

Ranqnik "Bild"ə açıqlamasında "Milan"dan təklif aldığını açıqlamışdı.

Tarix: 13 May [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio