Canni De Byazi üçün sürpriz köməkçi - Ansi Aqolli

Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin edilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

 

Sportal,az "Panorama" nəşrinə istinadla xəbər verir ki, Albaniya millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli də məşqçilər korpusunda yer alacaq.

 

37 yaşlı müdafiəçi hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edir və 1 illik müqaviləsi var.

 

Təcrübəli futbolçu Canni De Byazinin rəhbərliyində Albaniya yığmasında uzun müddət kapitan olub.

 

İtaliyalı baş məşqçinin digər köməkçisi Arif Əsədovdur.

Tarix: 11 İyul [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio