AFFA-nı gözlədən futbolçunun komandası Rusiya Premyer Liqasında

Azərbaycanlı futbolçu Kamran Əliyevin oynadığı Rusiyanın “Ximki” klubu 2020/21 mövsümündən Premyer Liqada çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov məlumat verib. O, koronavirusa görə yarımçıq dayandırılan 1-ci divizionda 2-ci pillədə qərarlaşan komandanın elitaya yüksəldiyini deyib.

 

Teryuşkov "Ximki"nin maliyyə problemlərini həll etdiyini, sponsorla anlaşdığını sözlərinə əlavə edib.

 

Paytaxt təmsilçisində Azərbaycanın U-20 yığmasının üzvü olmuş Kamran Əliyev də çıxış edir. 2018-ci ildə Kamran U-21-ə dəvət alsa da, AFFA-ya hələ ki milliyə gəlməyəcəyini deyib. Əliyev Rusiya yığmasında oynamaq üçün bu ölkənin millisini seçib. Gələcəkdə onu əsas milliyə qazandırmaq istəyən AFFA gözləmə mövqeyindədir.

 

21 yaşlı sağ cinah vingeri 1-ci divizionda bu mövsüm 25 oyunda 8 qol vurub. Ölkə kubokunda 3 oyun keçirən gənc futbolçu 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.

 

"Simurq"un keçmiş baş məşqçisi Sergey Yuranın çalışdırdığı komanda bu mövsüm Rusiya kubokunun finalına vəsiqə qazanıb.

Tarix: 22 İyul [15:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio