Maks Kruze Bundesliqaya qayıtdı

21:03 - 6 Avqust 2020

"Fənərbaxça" ilə müqaviləsini təktərəfli ləğv edilən Maks Kruzenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. O, "Union Berlin" klubu ilə anlaşıb. Berlin təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

 

Almaniyalı futbolçu ötən mövsüm 23 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti