"Yuventus" Jorjinyo üçün hərəkətə keçdi

"Yuventus" "Çelsi"nin satışa çıxartdığı Jorjinyonu almaq üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi Braziliya əsilli italiyalı futbolçunun keçidi üçün 50 milyon avro təzminat tələb edir.

 

Turin klubu bu məbləği aşağı endirib, 28 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.

 

"Çelsi" Jorjinyonu 2018-ci ildə 57 milyon avorya "Napoli"dən transfer edib. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Tarix: 7 Avqust [15:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio