"Zenit" Super Kuboku da qazandı

11:01 - 8 Avqust 2020

Rusiya Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda ölkə çempionu “Zenit”lə Premyer Liqanın gümüş medallarını qazanan Moskva “Lokomotiv”i qarşılaşıb.


Sankt-Peterburq təmsilçisi bu oyundan 2:1 hesablı qələbə qazanıb və titula sahib çıxıb.

 

“Zenit” bu mövsüm Rusiya çempionu olub və ölkə kubokunu qazanıb. Klub tarixində beşinci dəfə Super Kubokun qalibi olub.

Xəbər xətti