Ayxan Abbasov yeni transferdən danışdı: "Onunla hələ qışda müqavilə imzalamaq istəyirdik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov sports.kz-a açıqlamasında Kərəm Sultanovun transferindən danışıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis ayrılan qazaxıstanlı futbolçu ilə uzun müddət maraqlandıqlarını deyib:

 

"Uzun müddətdir ki, Kərəmi izləyirik. Sultanovla hələ qışda müqavilə imzalamaq istəyirdik. Onda klubu ilə müqaviləsi olduğu üçün alınmadı. Yəqin ki, bir həftə ərzində Kərəmlə müqavilə bağlayacağıq".

 

Kərəm Qazaxıstanda "Ordabası", "Bayterek" və "Kızıl-Jar"da çıxış edib. İlin əvvəlində "Kaspi"yə keçən 24 yaşlı mərkəz müdafiəçisi komandada oyun keçirməyib.

 

Qazaxıstanın U-21 millisinin üzvü olmuş Sultanov bir neçə günə Azərbaycana gəlib, yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Tarix: 8 Avqust [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio