"Qəbələ"də monteneqrolu futbolçu - RƏSMİ

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində keçirdiyi 173 oyunda 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

Tarix: 14 Avqust [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio