Ronaldonu arı sancdığı üçün Xorvatiyaya qarşı oynamayacaq

19:31 - 5 Sentyabr 2020

Millətlər Liqasının 1-ci turunda Xorvatiya ilə qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Kriştiano Ronaldo bu matçda iştirak etməyəcək. 35 yaşlı futbolçunun sağ ayaq barmaqlarından birini arı sancdığı üçün heyətə daxil edilməyəcək.

 

Portuqaliya – Xorvatiya oyunu bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti