"Beşiktaş" Almaniya millisinin üzvünü transfer etmək istəyir

18:33 - 1 May 2024

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Bavariya"nın futbolçusu Yusuf Kabadayını transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Qara qartallar" Almaniya U-20 millisinin üzvünü transfer etmək üçün yayda Münhen klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Yusuf Kabadayı "Bavariya"nın yetirməsidir. 20 yaşlı vinger hazırda icarə əsasında "Şalke"də çıxış edir. Gənc futbolçu bu mövsüm II Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol vurub.

Xəbər xətti