Serbiya klubunun futbolçusu Azərbaycanda oynayacaq

14:33 - 14 May 2024

"Napredak"ın müdafiəçisi Oqnen Mrsiç yeni mövsümə Azərbaycanda başlayacaq.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçuya Premyer Liqa klublarımızdan maraq var.

Artıq onunla danışığa keçən komandalar da olub.

25 yaşlı futbolçu ampluaca müdafiəçidir. O, əsasən mərkəz müdafiəçisi kimi çıxış edir. Oqnenin Serbiya Superliqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Məhz bundan sonra Azərbaycana gələrək müqavilə imzalayacağı gözlənilir.

Serb müdafiəçi "Çelarevo"da oynadıqdan sonra 2020-ci ildə “Napredak”a keçib.

Xəbər xətti