Okan Buruk İtaliya klubunun təklifini qəbul etmədi

18:32 - 14 May 2024

"Fiorentina" yeni mövsüm üçün baş məşqçi postuna axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi "Qalatasaray"ı çalışdıran Okan Burukla görüşüb. Tərk mütəxəssis italyanların təklifini qəbul etməyib.

50 yaşlı məşqçi "Fiorentina" rəsmilərinə "Qalatasaray"la yeni müqavilə imzaladığını və klubda xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanın qalibi olub. "Sarı-qırmızılar" hazırda mövsümün bitməsinə iki tur qalmış "Fənərbaxça"dan 6 xal öndə olmaqla liderdir.

Xəbər xətti