"Təbii ki, Superliqaya vəsiqə uğrunda pley-off mərhələsinin içində olmaq da xoşdur. Mövsüm ərzində komanda çox çətin anlardan keçib. Şadam ki, son turda da qalib gələrək ən azından bu cür yarışın içində olmaq xoşdur. Komanda olaraq çalışacağıq ki, şansımız varsa, sona qədər mübarizə aparaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Boluspor" və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal isgəndərli deyib.
Onun komandası Superliqaya vəsiqə uğrunda pley-off mərhələsində "Bodrumspor"la qarşılaşacaq. İsgəndərlinin fikrincə, komandası bu rəqibə qalib gələcək gücdədir:
"Təbii ki, mən öz komandamıza inanıram. Biz də bu pley-off mərhələsini uğurla başa vuracaq gücə sahibik. Amma bu mərhələdəki komandaların heç biri zəif deyil, hər biri çox güclüdür. Bəli, bu yarışdan biz də qalib ayrıla bilərik. İndi bütün diqqətimizi "Bodrumspor"la matça yönəltmişik. Allah qoysa, hər şey uğurlu alınar".
Qeyd edək ki, sabah "Boluspor" "Bodrumspor"la səfərdə qarşılaşacaq. "Çorum" isə "Kocaelispor"u qonaq edəcək. Bu cütlərin qalibi isə öz arasında mini final oynayıb, sonda isə müntəzəm mövsümün üçüncüsü olan "Sakaryaspor"la Superliqaya son vəsiqənin həlledici görüşünə çıxacaq.
saytlarin hazirlanmasi