Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlandı

15:10 - 13 May 2024

Azərbaycan Basketbol Liqasında (ABL) həlledici final seriyasında iştirak edəcək son çempion "Sabah" və debütant "Xəzri" klubları arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Sportal.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu,16 may saat 19:30-da start götürəcək. Super seriyanın ikinci oyunu 19 may, üçüncü oyunu isə 22 may tarixlərində oynanılacaq.

Əgər final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman seriyanın 4-cü və 5-ci oyunları, müvafiq olaraq 24 və 28 may tarixlərində keçiriləcək. 

Qeyd edək ki, bütün oyunlar saat 19:30 -da başlayacaq və CBC Sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq. Final seriyasında ən tez üç qələbə qazanmış komanda isə çempion olacaq.

Xəbər xətti