"Mançester Yunayted"dən ayrılacaq - RƏSMİ

17:10 - 14 May 2024

İngiltərənin "Mançester Yunayted" klubunda ayrılırıq gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rafael Varanla yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçunun yayda başa çatmalı olan müqaviləsinin müddəti uzadılmayıb. 31 yaşlı arxa xətt oyunçusu azad agent statusunda olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Rafael Varanı 2021-ci ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti