İspaniya millisinin sabiq kapitanı ABŞ klubuna keçir

13:34 - 14 May 2024

"Sevilya"nın futbolçusu Serxio Ramos ABŞ-a yollanmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı "San Dieqo" ilə anlaşmaq üzrədir.

2025-ci ildən MLS-də debüt edəcək ABŞ klubu Ramosun istədiyi maliyyə şərtlərini irəli sürəcək.

İspaniya millisinin sabiq kapitanı"Sevilya"da qalmaq istəmədiyi üçün "San Dieqo" ilə danışıqlara start verib.

Xəbər xətti