"Barselona"nın maraqlandığı futbolçu "Liverpul"da qalmaq istəyir

17:58 - 13 May 2024

"Barselona"nın transfer siyahısında olan Luis Dias gələcəyi ilə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, kolumbiyalı vinger "Liverpul"da xoşbəxt olduğunu və komandanı tərk etmək istəmədiyini bildirib:

"Liverpul" kimi böyük bir kluba gəldikdə çox şey öyrənirsiniz. Hər dəfə daha peşəkar olmağı, daha yaxşı insan və dost olmağı öyrənirəm. Reallıq budur ki, burada olduğum üçün çox xoşbəxtəm. Klubu qarşıda böyük illər gözləyir. Buna şübhəm yoxdur".

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında"Portu"dan transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Xəbər xətti