"Qarabağ"a çempionluq kubokunun veriləcəyi tarix açıqlandı

16:20 - 13 May 2024

Misli Premyer Liqasında XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, 26 may tarixində “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ” klubuna medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Xəbər xətti