Çempionlar Liqası: Finalın hakimləri açıqlandı

18:54 - 13 May 2024

"Real"la "Borussiya" arasında keçiriləcək Çempionlar Liqası final matçının hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, görüşü slovakiyalı Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

Qeyd edək ki, final qarşılaşması 1 iyun tarixində Bakı vaxtilə saat 23:00-da Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

Xəbər xətti