"Mançester Yunayted" müdafiəçi üçün 55 milyon funt-sterlinq ödəməyə hazırdı

21:59 - 14 May 2024

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"da çıxış edən Carrod Brantveyti transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Mançester Yunayted" 21 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 55 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, Carrod Brantveyt bu mövsüm "Everton"un heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol vurub. Onun kkubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti