Azərbaycanı təmsil edən xokkey klubu ikinci qələbəsini qazandı

11:34 - 14 May 2024

Kazanda (Rusiya) beynəlxalq buz xokkeyi turniri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Baku Fleyms” klubu “Orxis kuboku”nda İran millisi ilə qarşılaşıb.

Görüş xokkeyçilərimizin 11:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl yığma komandamız 8:3 qalib gəlmişdi.

Turnirdə Türkiyə, Qazaxıstan, Monqolustan, Pakistan, Qırğızıstan, Tatarstan Respublikası iştirak edir. 

Xəbər xətti