Gənclər Liqasında mövsüm başa çatdı

14:53 - 13 May 2024

AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb.

Sportal.az xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” komandası 2024/2025 mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. “Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar.

AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov seçilib. Ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.

Xəbər xətti